SON XƏBƏR

Azərbaycana gətiriləcək vaksinlər vergidən azad edildi

Dekabr 30
12:10 2020
Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Report xəbər verir ki, məcəlləyə dəyişiklik layihəsi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

Dəyişikliklə məcəlləyə iki maddə əlavə edilir. Onlardan biri 2 il müddətinə ölkəyə idxal olunacaq koronavirus infeksiyasına qarşı vaksinlərin və şprislərin ƏDV-dən azad olunmasını nəzərdə tutur.

Digər maddə isə illik emalı 3 milyon tondan az olmayan neft emalı zavodlarının yenidən qurulması zamanı gətirilən mal və materialların əlavə dəyər vergisindən 2 il müddətinə azad olunmasını ehtiva edir.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook