SON XƏBƏR

Azərbaycana gətirilən dərmanların qeydiyyatının sadələşdirilməsi ilə bağlı təkliflər hökumətə təqdim olunub

Noyabr 06
12:44 2019
"Azərbaycana idxal olunan dərmanların qeydiyyatının və gömrük prosedurunun sadələşdirilməsi ilə əlaqədar qanunvericilikdə dəyişikliklərin aparılması ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunub".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

O bildirib ki, məsələ ilə bağlı qanunvericilikdə dəyişikliklər edilməsi nəzərdə tutulur.

E.Ağayevin sözlərinə görə, Səhiyyə Nazirliyi Dövlət Gömrük Komitəsi ilə birgə bu məsələlərin həyata keçirilməsində aktiv iştirak edir: "Düşünürəm ki, bu məsələ yaxın zamanlarda həllini tapacaq".

Qeyd edək ki, Baş nazirin müavini Əli Əhmədov ölkəyə idxal olunan dərman vasitələrinin ilk olaraq qeydiyyatı və gömrük rəsmiləşdirilməsi şərtlərinin sadələşdirilməsinin vacibliyini deyib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook