SON XƏBƏR

“Azərbaycana hər sahədə dəstəyimiz davam edəcək” - Fəxrəddin Altun

Oktyabr 16
11:15 2020
Xəbər verdiyimiz kimi, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun ilə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, Fəxrəddin Altun Hikmət Hacıyevlə telefon danışığının səmərəli olduğunu deyib.

"Azərbaycana Dağlıq Qarabağın qanunsuz işğalına son qoymağa çalışdığı bu dövrdə hər sahədə, xüsusən dezinformasiya ilə mübarizədə dəstəyimizi davam etdirəcəyik”, - deyə Altun əlavə edib.

İctimaiyyətlə Əlaqələr idarəsinin rəhbəri telefon danışığı zamanı Hikmət Hacıyevi doğum günü münasibəti ilə də təbrik edib.

Fəxrəddin Altun ilə telefon danışığını şərh edən Hikmət Hacıyev isə "Dostum Fəxrəddin Altun ilə ölkələrimizə qarşı qara piar və dezinformasiya ilə mübarizə aparmaq üçün birgə addımları və əməkdaşlıq məsələlərini nəzərdən keçirdik. Azərbaycan-Türkiyə Media Platforması səylərimizi gücləndirmək üçün əhəmiyyətli bir təşəbbüs olacaq”, - deyə bildirib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook