SON XƏBƏR

Azərbaycanda 100 yaşdan yuxarı insanları sayı AÇIQLANDI

Sentyabr 08
10:54 2020
Azərbaycanda gözlənilən ömür uzunluğu göstəricisi əhali üzrə ümumilikdə 76,4 yaş, o cümlədən kişilərdə 74, qadınlarda isə 78,7 yaşdır.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov bildirib.

DSK rəsmisinin sözlərinə görə, 2020-ci ilin əvvəlinə ölkə üzrə 50 və yuxarı yaşda əhalinin sayı 2 milyon 519 min 241 nəfər olub:

"60 və yuxarı yaşda 1 milyon 228 min 424 nəfər, 70 və yuxarı yaşda 420 min 652 nəfər, 80 və yuxarı yaşda 158 min 650 nəfər, 90 və yuxarıda yaşda 16 min 924 nəfər, 100 və yuxarı yaşda əhali isə 1052 nəfərdir”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook