SON XƏBƏR

Azərbaycanda bəzi xəstəxanalar viruslu xəstələri qəbul etmək üçün tam boşaldıldı

İyun 03
20:18 2020
"Tibb müəssisələrinin üzərinə böyük yük düşür. Xüsusilə Bakıya yük düşür. Bəzi xəstəxanalar tam boşaldılmamışdı. Artıq həmin xəstəxanalar boşaldıldı".

Qlobal.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

TƏBİB rəsmisi bunun digər sahə üzrə xidmətlərin göstərilməsinə təsir edə biləcəyini bildirib:

"Bu gün üçün heç bir tibbi xidmətin axsamasına yol verilməyib. Hər bir ağır xəstənin müalicəsi üçün 10-15 tibb işçisinə ehtiyac olur. 7 000-8 000 tibb işçisi ümumilikdə bu işlə məşğul olur". 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook