SON XƏBƏR

Azərbaycanda daha 336 nəfər koronavirusa yoluxdu, 5 nəfər öldü

İyun 12
17:37 2020
Azərbaycanda koronavirus infeksiyasına 336 yeni yoluxma faktı qeydə alınıb, 183 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 9 218 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 113 nəfər müalicə olunaraq sağalıb, 113 nəfər vəfat edib.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5600 test aparılıb. Bununla da yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 368 254 test aparılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook