SON XƏBƏR

Azərbaycanda daha 4 nəfərdə karonavirus aşkarlandı

Mart 13
17:40 2020
İrandan və İtaliyadan qayıdan Azərbaycan vətəndaşlarında virus müəyyən aşkarlanıb. 

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah martın 13-də məlumat yayıb.

Məlumatda deyilir ki, daha dörd Azərbaycan vətəndaşında karonavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Belə ki, infeksiyaya yoluxma İran və İtaliyadan gələn Azərbaycan vətəndaşlarında müəyyən olunub.

Məlumata gör, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib, hazırda onların səhhəti normaldır, müalicələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Qərargahın məlumatında qeyd olunur ki, bundan əvvəl xüsusi rejimli xəstəxanaya yerləşdirilən 1938-ci il təvəllüdlü Azərbaycan vətəndaşının səhhəti stabil ağır olaraq qalır.

Xəstə ciddi nəzarət altında saxlanılır və müalicəsi ilə bağlı zəruri tədbirlər görülür.

Azərbaycanda ümumilikdə rəsmi olaraq koronavirusa yoluxmuş 19 fakt təsdiqlənib. Bunlardan 3 nəfəri sağalaraq, evə buraxıblar. Bir nəfər, 1969-cu il təvəllüdlü qadın ölüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook