SON XƏBƏR

Azərbaycanda deputatların maliyyə hesabatı verməsi məcburi olacaq

Sentyabr 17
15:05 2020
Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında İntizam Komissiyasının Əsasnaməsi müzakirə olunub və payız sessiyası üçün plenar iclasa tövsiyə edilib.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Erkin Qədirli bildirib.

O qeyd edib ki, layihədə başqa şeylərlə yanaşı, deputatların maliyyə hesabatı vermək öhdəliyi yazılıb:

"Qanun layihəsi qəbul olunarsa, maliyyə hesabatı verməyən deputatlar haqqında intizam icraatı başlana bilər".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook