SON XƏBƏR

Azərbaycanda “Facebook” istifadəçilərinin fəallığı artıb – Statistika

Sentyabr 03
11:46 2019
Bu ilin avqust ayında Azərbaycanda "Facebook” istifadəçilərinin fəallığı iyul ayı ilə müqayisədə 17 faiz bəndi artıb.

"Global Stats” statistika mərkəzinin verdiyi məlumata görə, sentyabrın 1-nə "Facebook”un Azərbaycanın sosial media bazarında payı 60,3% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 48,5 faiz bəndi çoxdur.

Populyarlığına görə "Facebook” ölkənin sosial media bazarında birinci yeri tutur.

Sosial şəbəkələri arasında populyarlığına görə ikinci yerdə "Pinterest” qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı avqust ayı ərzində 17,6 faiz bəndi azalıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı cari ilin sentyabrın 1-nə 15,2% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 62,3 faiz bəndi çoxdur.

Bu ilin avqust ayı ərzində ölkə üzrə "YouTube” şəbəkəsinin istifadəçilərinin fəallığı 23,2 faiz bəndi azalıb. Sentyabrın 1-nə olan məlumata əsasən, "YouTube” Azərbaycan sosial media bazarında 9,4% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 72,5 faiz bəndi azdır.

Digər sosial şəbəkələrin pay bölgüsü: "Instagram” – 3,53%, "Twitter” – 8,99%, "VKontakte” – 1,44%, "Google+” – 0,03% və s. (APA)


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook