SON XƏBƏR

Azərbaycanda ilk dəfə deputat gəlirlərini açıqladı

Avqust 01
10:53 2020
Milli Məclisin deputatı Erkin Qədirli Qurban bayramına görə deputatlara verilən və sosial şəbəkələrdə müzakirəyə səbəb olan məsələ ilə bağlı açıqlama yayıb.

Qaynarinfo xəbər verir ki, E.Qədirli bildirib ki, bu, köhnə qaydadır və illərdir tətbiq olunur:

"Hər dəfə də bununla bağlı yanlış təqdimatlar olur. Deputatlara ildə 4 dəfə maaşdan əlavə pul köçürürlər (beş yüz nə qədərsə) - Novruz, Ramazan, Qurban və Həmrəylik Günü. Mən bu qayda ilə razı deyiləm, amma bu qayda mənim deputat olmadığım illərdə qəbul olunub.

Ayrıca, mən maaşımdan xeyriyyə işləri üçün pul ayırıram. Bunu reklam etmirəm, çünki:

1) etik saymıram;

2) reklamdan xoşum gəlmir;

3) hamıya yardım etmək imkanım yoxdur".

Daha sonra Erkin Qədirli maliyyə hesabatını açıqlayıb:

"Mart-avqust aylarında (maaş + bayram payları + məzuniyyət haqqı) təxminən 20 min manat almışam. Ortalama, aya 3.3 min manat alınır. Maaşdan başqa gəlirim yoxdur.

Xərclərim:

1) 4,000 (çeşidli xeyriyyə işləri - heç birisi hökumətin təşəbbüsü və ya kommersiya layihəsi olmayıb);

2) 2,400 (anamın evində təmir işləri);

3) 1,500 (maşınımı bir neçə dəfə təmirə aparmalı oldum - 13 il sürürəm onu, istər-istəməz orasını-burasını düzəltmək lazım gəlir);

4) 1,000 (saytın qurulmasına verdim - hələ açmamışam);

5) başqa xərclər (komunal, benzin, çeşidli xəbər və analitik saytlarda abunə haqları, ərzaq və s.)

Bunları söylədiyim anda maaş kartımda 9,860 manat 59 qəpik qalır.

Hesabat dövründə heç bir əmlak əldə etməmişəm. Yalnız, doğum günümdə dostlar Çin istehsalı olan 1 smartfon (Xiaomi), 1 kostyum, 1 köynək və 1 qalstuk bağışlayıblar".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook