SON XƏBƏR

Azərbaycanda ilk: Xəbər saytı qaynar xətt vasitəsilə aztəminatlı ailələrə humanitar yardım edəcək

Aprel 05
00:04 2020
Koronavirus pandemiyasına qarşı ölkədə tətbiq olunan xüsusi karantin rejimində tənha, yaşlı və aztəminatlı ailələrə humanitar yardım etmək məqsədilə Missiya.Az saytı qaynar xətt yaradıb.
 
Missiya.az saytı dövlətimizin çağırışına qoşularaq, bir neçə gündür Bakının müxtəlif ərazilərində yardım aksiyaları keçirərək tənha və ahıl vətəndaşlara, eləcə də aztəminatlı ailələrə müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr çatdırmaqdadır
 
Qlobal.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatının sədr müavini Ramin Əhmədov tərəfindən təşkil olunmuş kampaniya növbəti həftə ərzində daha da genişləndirilərək davam etdiriləcək.

Köməyə ehtiyacı olan aztəminatlı ailələr bu gündən etibarən saytın qaynarxətt-inə 055 223 23 83 nömrəsinə zəng etməklə ehtiyacları barədə məlumat verə bilərlər.
 
Missiya.Az-ın mobil qrupu dərhal zəng edən ehtiyaclı vətəndaşların ünvanına gedərək onlara yardım edəcək.

#evdəqal-ın, bizə zəng edin, dərhal yanınzda olacağıq!
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook