SON XƏBƏR

Azərbaycanda koronavirusun ikinci dalğası başlayıb? - Rəsmi açıqlama

May 22
12:39 2020
Azərbaycanda COVİD-19 pandemiyasının ikinci dalğası başlayıb?
 
Bu suala REACT-C19 layihəsinin tətbiqi və ilkin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı cavab verib.
 
O, karantin rejimi yumuşaldıqdan sonra yoluxanların sayının artmasını ondan öncə tətbiq edilən qaydaların işə yaradığının sübutu adlandırıb və ikinci dalğadan qorxmaq lazım olmadığını bildirib: "Çünki nə qədər çox dalğa olarsa, əslində pandemiyanın qarşısını o qədər çox almış olarıq. Tək və böyük dalğa insanları daha çox narahat edəcək, əhali üçün də problem yaradacaq, səhiyyə sisteminin üstünə çox böyük bir yük düşmüş olacaq. Biz hazıra tək böyük dalğadan qorunuruq. Karantin rejimi yumşaldıqdan sonra, indiyə qədər yoluxanlarının sayının artması bu tədbirlərin əslində effekt verdiyini və yumşaldıldıqdan sonra rəqəmlərin artmağa başladığını bizə göstərir".

ÜST-ün ölkəmizdəki nümayəndəliyinin rəhbəri Azərbaycanda koronavirusun ikinci dalğasının yaşandığını təkzib etməyib:

"İkinci dalğanın olub olmadığını ancaq zamanla geriyə dönüb baxaraq anlaya bilərik - Bu yeni bir dalğadırmı, ikinci bir dalğadırmı?! Birincidən böyükdürmü? İndiyə qədər yoluxma sayında bir artım var. Bu, ikinci dalğa da ola bilər, üçüncü dalğa da. Biz indi düzgün müalicə üsullarını və peyvəndi gözləyərkən yeni normalara uyğunlaşmağımız lazımdır. Yeni normaya insanların ən azı bir-birindən bir metr aralı dayanması, olduğumuz məkanın havalandırılmasına riayət edilməsi, maskalar, əlcəklərdən istifadə daxildir. Bunlar bizim düzgün müalicə üsullarını və peyvəndi gözləyərkən ən azından bu ilin axırına qədər yeni qaydalarımız olacaq".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook