SON XƏBƏR

Azərbaycanda küçəyə çıxması yasaqlanan insanların sayı açıqlandı (RƏSMİ)

Mart 24
10:16 2020
"Hazırda Azərbaycanda ahıl yaşlı insanların sayı 720 min nəfərdir”.
 
Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, ahıl dedikdə 70 yaş və onun üzəri əhali nəzərdə tutulur: "Amma məlum olduğu kimi karantin dövründə 65 yaşdan yuxarı vətəndaşlara xidmət göstəriləcək.

Hazırda 65-70 yaş arası tənha yaşayanların ayrıca qeydiyyatı yoxdur. Bu səbəbdən də 24 martdan etibarən 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142-Çağrı mərkəzinə zəng edərək, qeydiyyata alınmalıdırlar".

Şöbə müdiri qeyd edib ki, ümumilikdə 9500 tənha ahıla və əlilliyi olan şəxsə sosial xidmətlər göstərilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook