Azərbaycanda texniki tənzimləmənin tətbiq edilə bilinməyəcəyi sahələr müəyyənləşdiriləcək
Dekabr 13
11:40
2019
Azərbaycanda texniki tənzimləmənin tətbiq edilə bilinməyəcəyi sahələr (hallar) müəyyənləşdiriləcək.
"APA-Economics"in məlumatına görə, bu barədə Baş Nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla beynəlxalq təcrübə nəzərə alınmaqla, texniki tənzimləmənin tətbiq edilə bilinməyəcəyi sahələri (halları) müəyyənləşdirəcəyi təqdirdə, bununla bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.