SON XƏBƏR

Azərbaycanın 23 minaaxtaranı Türkiyədə xüsusi təlim keçdi

Fevral 03
01:35 2021
Azərbaycan Silahlı Qüvvələrinin 23 minaaxtaranı Türkiyədə xüsusi təlim keçib.

Qaynarinfo Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Xüsusi Mina Axtarışı və Təmizlənməsi (ÖMAT) kursu yanvarın 3-dən 29-dak İzmir şəhərində baş tutub.

Azərbaycanın hərbi istehkamçıları təlimi uğurla başa vuraraq Vətənə yola salınıb.

Qeyd edək ki, Azərbaycan və Türkiyə minaaxtaranları işğaldan azad edilmiş ərazilərdə birgə mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi işlərini həyata keçirirlər. Eyni zamanda türkiyəli istehkamçılar azərbaycanlı həmkarlarına təlim də keçir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook