"Azərbaycanın hərbi yolla öz torpaqlarını azad etmək hüququ var" - Türkiyəli general
Sentyabr 22
15:03
2020
Azərbaycanın istənilən yolla, eyni zamanda hərbi yolla öz torpaqlarını azad etmək hüququ var.
Bunu Trend-ə Türkiyə ordusunun təqaüddə olan general-leytenantı, milli təhlükəsizlik məsələləri üzrə ekspert Ermağan Kuloğlu deyib.
Ekspert Azərbaycanın öz torpaqlarını hərbi yolla azad edə biləcəyinə əminliyini ifadə edərək, Ermənistanın da bunu gözəl bildiyini diqqətə çatdırıb.
O qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatı yeni hal deyil və bu təxribatlar davam edəcək.