SON XƏBƏR

Azərbaycanın Moldovadakı səfiri Prezident İlham Əliyevin məktubunu Mayya Sanduya çatdırıb

Noyabr 19
18:23 2020
Azərbaycan Respublikasının Moldova Respublikasıdakı səfiri Qüdsi Osmanov Moldovanın yeni prezidenti Maya Sanduyla görüşərək Prezident İlham Əliyevin ünvanladığı təbrik məktubunu çatdırıb.
 
Səfir Moldova və Azərbaycan arasında gələcəkdə də səmərəli əməkdaşlığın davam etdirilməsinə ümidvar olduğunu bildirib.
 
Daha əvvəl xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev Moldovanın Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) lideri Mayya Sandunu Moldova Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib. "İnanıram ki, Azərbaycan-Moldova ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir", - deyə Azərbaycan Prezidentinin saytında dərc edilmiş İ.Əliyevin məktubunda ​​deyilir.
 
İlham Əliyev həmkarı M.Sanduya möhkəm cansağlığı, xoşbəxtlik və "dost Moldova xalqının rifahı naminə” işlərində uğurlar arzulayıb.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook