SON XƏBƏR

"Azərbaycanın səylərini dəstəkləyirik" - ATƏT PA-nın prezidenti

İyun 12
11:51 2019
Azərbaycanın səylərini dəstəkləyirik. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir, dialoqun qurulması istiqamətində addımlar atır".

"Report" xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının (PA) prezidenti Georgi Tsereteli Bakıda keçirilən "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfransında deyib.

O bildirib ki, dialoqun gücləndirilməsinə çalışmaq lazımdır: "Biz bu istiqamətdə işlər görürük. ATƏT dövlətlər arasında dialoqu təşviq edir. 47 üzv dövlət var, həmin dövlətlərin bəzilərində münaqişələr var. Amma buna baxmayaraq, bir masa arxasında müzakirələr apara bilərik. Yaxşı bilirəm ki, münaqişələrdən daha çox xalqlar əziyyət çəkir. Danışıqlar aparmaq, hökumətlər arasında dialoq qurulması çox mühümdür". 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook