“Azərbaycanın yanında olmağa davam edəcəyik“ - Hulusi Akar
May 04
13:08
2021
"Azərbaycan Qarabağı azad edərək orada sülh və əmin-amanlığı təmin etdi”.
"Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Liviyadakı türkiyəli hərbçilərlə görüşündə deyib.
Türkiyəli nazir bildirib ki, hər zaman Azərbaycanın haqlı mübarizələrində yanlarında olduq: "Bundan sonra da sonuna qədər yanlarında olmağa davam edəcəyik”.
H.Akarın sözlərinə görə, Türkiyə qonşu ölkələrlə dialoq tərəfdarıdır: "Qonşu ölkələrlə olan mövzularda üçüncü tərəflərin obyektiv, məntiqli və düşüncəli yanaşmalarını gözləyirəm. Buradan onlara səslənirəm ki, heç bir halda Türkiyə ilə Yunanıstan arasındakı problemlərin Avropa İttifaqı və ABŞ-la problem halına çevirməsinlər. Nəticə olaraq haqqımızı tapdalatmayacağıq”.