SON XƏBƏR

Azərbaycanlı atlet Türkiyədə ilin idmançısı seçildi

Mart 28
05:31 2019
Türkiyənin ən nüfuzlu idman mükafatı olan "Gillette Milliyet İlin İdmançısı Mükafatı"nın sahibləri müəyyənləşib.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, "ay-ulduzlular"ın şərəfini qoruyan Azərbaycan əsilli atlet Ramil Quliyev 2018-ci ilin ən yaxşı idmançısı seçilib.

Dünya və Avropa çempionu bu nominasiyada bütün rəqiblərini qabaqlayıb.

Tədbirdə həmçinin ilin ən yaxşı komandası, ilin ən yaxşı futbolçusu, ilin məşqçisi və digər nominasiyalar üzrə qaliblərin də adları açıqlanıb.

Qeyd edək ki, R.Quliyev daha əvvəl də bu mükafata sahib olub. "Gillette Milliyet İlin İdmançısı Mükafatı" isə 1954-cü ildən keçirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook