SON XƏBƏR

Azərbaycanlı gənc Çexiyada iki uşağı ölümdən xilas etdi

Yanvar 21
13:15 2019
Çexiyanın Zlin şəhərində azərbaycanlı gənc Ruslan Aslanov yerli millətə məxsus iki uşağı yanan kafedə ölümdən xilas edib.
 
Hadisə yanvarın 19-da baş verib.
 
Şəhərin kənarındakı kiçik kafelərin birində qəflətən baş verən yanğın zamanı yaranan təşvişdə obyektdən küçəyə atılan insanlar arasında qadın müştərilərdən birinin 2 azyaşlı uşağı kafedə qalıb. Yanğınsöndürənlər gələnə qədər alov şidddətləndiyindən azyaşlılar faktiki olaraq ölümlə üzləşiblər, uşaqların anası daxil olmaqla heç kim uşaqları xilas edə bilməyib. Yalnız insanlar arasında R.Aslanov bir neçə nəfərin üst geyimini alaraq ona bürünüb içəri girib və uşaqları xilas edib.
Hadisə nəticəsində azərbaycanlı gənc və azyaşlı çexlər yüngül xəsarət alıblar. Etdiyi fədakarlığa görə uşaqların valideynləri azərbaycanlıya mükafat təqdim etsələr də, o, bundan imtina edib.
"Report” bildirir ki, R.Aslanov Çexiyada və Polşada kiçik bizneslə məşğuldur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook