SON XƏBƏR

"Söyüş müxalifəti"nin mühacir nümayəndəsi Fransada saxlanılıb

Noyabr 14
11:20 2019
Azərbaycanlı mühacir Rəfail Priyev Fransada saxlanılıb.

Məlumata görə, bir neçə il əvvəl Azərbaycandan Almaniyaya gedərək bu ölkədən sığınacaq istəyən R.Priyevin barəsində Berlin Əyalət Məhkəməsinin qərarı ilə deportasiya qərarı çıxarılıb.

Almaniya Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin (BAMF) əməkdaşları ötən gün deportasiya qərarının icrası üçün polis əməkdaşları ilə birgə R.Priyevin Berlində yaşadığı evə getsələr də, sonuncunun Fransaya qaçdığı məlum olub.

Azərbaycan vətəndaşı Almaniya Federal Daxili İşlər Nazirliyinin təqdimatı ilə Fransada bir qaçqın düşərgəsində saxlanılıb.

Onun yaxın günlərdə barəsində olan deportasiya qərarının icrası üçün Almaniyaya göndərilməsi gözlənilir/Report.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook