SON XƏBƏR

Azərbaycanlı vəkil Rusiyada yeni partiya yaratdı - SSSR

Sentyabr 23
13:01 2019
"Elman Group” Beynəlxalq Hüquq Holdinqinin rəhbəri Elman Paşayev Rusiyada yeni partiya təsis edib. 

Qaynarinfo xəbər verir ki, hüquqşünasın Rusiyada yaratdığı partiya SSSR ("Rusiya Ədalətli Qüvvələrin Gücü”) adlanır. 

Qeyd edək ki, Elman Məhərrəm oğlu Paşayev 22 dekabr 1971-ci ildə Göyçə mahalının Şişqaya kəndində doğulub. Sonralar ailəlikcə Şəki rayonunun Şəki kəndinə köçüblər. 1989-1991-ci illərdə Odessa və Pridnestrovya vilayətində hərbi xidmət keçdikdən sonra Bakıda hüquq-mühafizə orqanlarında çalışıb. 
1997-ci ildə təhsilini davam etdirmək üçün Moskvaya gedib, burada əvvəl Moskva Hüquq İnistitutunu, Moskva (indiki Kutafin adına) Dövlət Hüquq Akademiyasını, sonra həmin akademiyanın aspiranturasını bitirib. Bundan sonra Prezident yanında Moskva Dövlət İdarəçilk Akademiyasında da təhsil alıb. 
Fransanın Strasburq şəhərində Beynəlxalq İnsan Hüquqları İnstitutunda təkmilləşdirmə kursalarında olub. 2003-cü ildən isə hüquqşünas kimi fəaliyyətə başlayıb. 15 ildən artıq beynəlxalq səviyyədə vəkillik fəaliyyəti ilə məşğul olan Elman Paşayev yaşadığı Moskva şəhərində Rusiya Federasiyasının bir neçə ali orden və mükafatlarına layiq görülüb. 

Elman Paşayev hazırda dünyanın bir çox ölkələrində - Yaponiyada, Avropa ölkələrində, Amerkada şəbəkə şəklində fəaliyyət göstərən "Elman Group” Beynəlxalq Hüquq Holdinqinin rəhbəridir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook