SON XƏBƏR

“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov Salyan və Neftçaladan olan sakinləri qəbul edib

Dekabr 14
11:56 2019
13 dekabr 2019-cu il tarixində Salyan rayonunda Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Etibar Məmmədov Salyan  və Neftçaladan olan sakinləri qəbul etmişdir. 
     
Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Salyan və Neftçala  rayonlarından 15 vətəndaş iştirak etmişdir. Vətəndaşların müraciətləri içməli su təchizatı, kanalizasiya xidmətləri,  işə qəbul və digər məsələlərlə bağlı olmuşdur. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunmuş, araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülmüşdür.

Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook