SON XƏBƏR

AzTV-də şikayət edəni işdən qovurlar, maaşlar isə 250 manat

Dekabr 24
08:49 2020
AzTV-nin musiqi kollektivi maaşlarından narazıdır.

Ovqat.com-a şikayətlərini ərz edən musiqiçilər bildiridlər ki, ayda cəmi 250 manat alırlar.

Adi maska taxmamaq cəzasının 100 manat olduğu bir məmləkətdə bu pulla necə dolanacaqlarını anlamayan kollektiv hara şikayət edəcəklərini də bilmirlər. Dediklərinə görə, dövlət şirkətinin yeni sədri Rövşən Məmmədli bu cür "zarafat”ları sevmir. İndiyədək kim şikayət edibsə, dərhal işdən çıxarılıb. Bu da şirkət kollektivi üçün dərs olub. Artıq heç kim ağzını açıb dərdini dilə gətirə bilmir.

Şikayətçilərin fikrincə, hətta quldarlıq quruluşunda belə, kölələr acından ölməsin deyə, zəruri qida məhsulları ilə təmin edilirdilər. AzTV dərəbəyliyinin öz işçilərinə verdiyi maaş isə ancaq yol puluna çatır. Geri qalan pulla isə aylıq qida məhsullarını almaq imkansızdır.

AzTV işçilərinin bildirdiyinə görə, Rövşən Məmmədli yeni vəzifəsinə təyin olunanda bütün Azərbaycan məmurları kimi özünü kollektivə şirin göstərmək üçün onları bir araya toplayıb iclas keçirib. İclasda işçilərinə söz verib ki, uzağı, 4 aya qədər maaşlarını dəfələrlə artıracaq. O gündən AzTV musiqiçiləri hər ayın əvvəli gələndə böyük səbrsizliklə maaş veriləcək anı gözləyirlər. Maaş cədvəlinə qol çəkəndə isə bütün ümidləri cilik-cilik olub yerə tökülür. Sədrin söz verdiyi gündən indiyədək bir ildən çox vaxt keçir. Rövşən Məmmədli təqdimindəki 4 ay isə gəlmək bilmir ki, bilmir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook