SON XƏBƏR

Bakı Apelyasiya Məhkəməsinin hakimi koronavirusdan öldü

İyun 26
17:52 2020
Bakı Apelyasiya Məhkəməsinin hakimi koronavirusdan ölüb.

Arqument.az xəbər verir ki, bu barədə Vahid Məhkəmə Portalında məlumat yayılıb.

Məlumatda bildirilir ki, 55 yaşlı Məmmədov Namiq Eyyub oğlu müalicə aldığı Astara Mərkəzi Xəstəxanasında koronavirusdan vəfat edib.

Namiq Məmmədovun iş təcrübəsi: 

1995 - Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Hüquq Məsləhətxanasında vəkil;
1995-2000 - Bakı şəhəri 4 saylı Hüquq Məsləhətxanasında vəkil;
2000-2007 - Ağdam Rayon Məhkəməsinin hakimi;
2007-2013 - Şəki Apelyasiya Məhkəməsinin hakimi;
2013-2017 - Şirvan Apelyasiya Məhkəməsinin hakimi;
2017 - h/h Bakı Apelyasiya Məhkəməsinin hakimi.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook