SON XƏBƏR

Bakı-Gəncə “sürət qatarı” yolda qaldı – Qatarı Bakıya teplovozla gətirdilər

Yanvar 05
15:02 2019
Bakı-Gəncə sürət qatarı yolda dayanıb. Hadisə qatar Bakı istiqamətində hərəkət edərkən Kürdəmir rayonu ərazisində səhər saatlarında baş verib.

"Azərbaycan Dəmir Yolları İdarəsi”nin mətbuat katibi Sevinc Qədirova "Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə elektrik xətlərində baş verən nasazlığa görə yaranıb.

Bu səbəbdən qatarı Bakıya gətirmək üçün teplovoz göndərilib. Qatar 8 dəqiqə gecikmə ilə Bakıya çatıb.

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook