SON XƏBƏR

Bakı İcra Hakimiyyətinin şöbə müdirinin daha bir obyekti üzə çıxdı - SƏNƏD

Avqust 04
11:07 2020
Ölkədə əksər məmurların korrupsiya hesabına yaratdıqları biznesləri, tikdikləri obyektləri açıq-aşkar öz adlarına, yaxud da ailə üzvülərinin adlarına rəsmiləşdirmələri artıq adi hala çevrilib.

Bu barədə mətbuatda xeyli yazılar dərc edilib.Mövcud qanunvericilik məmurun biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Ancaq məmurlarımızın böyük əksəriyyəti bu qadağanı görməzdən gəlməkdədir.

Belə məmurlardan biridə biri də Bakı şəhər İcra Hakimiyyəti Mənzil fondunun uçotu şöbəsinin müdiri Vüqar Seyidovdur.

AzFakt.com-un əldə etdiyi məlumata görə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi 70F ünvanında  daha bir obyekt Vüqar Seyidovun həyat yoldaşı Seyidova Reyhan Osman qızının adına sənədləşdirilib.



Qeyd edək ki, bir müddət öncə Bakı şəhər İcra Hakimiyyəti Mənzil fondunun uçotu şöbəsinin müdiri Vüqar Seyidovdun həyat yoldaşı Seyidova Reyhan Osman qızının adına Nizami rayonu, 8-ci km yaşayış sahəsi, M.Abbasov küçəsi- 2 ünvanında ümumi sahəsi 809.82 kvadrat metr, 4 mərtəbəli ofis binasının sənədləşdirilməsi barədə məlumat vermişdik. (Linki burda)

Həmin obyektin hazırkı bazar qiyməti 2-2,5 milyon manat arasında qiymətləndirilir.
 


Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook