SON XƏBƏR

Bakı polisi axtarışda olan 10 nəfəri saxladı

Fevral 12
10:05 2020
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində baş verən cinayət hadisələrinin statistik məlumatlarıını açıqlayıb.

BŞBPİ-nin Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də 7 cinayətin üstü açılıb. 

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 10 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 1, oğurluq üzrə 1 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook