SON XƏBƏR
  • Millimiz Moldovaya qalib gəldi2020-ci ildə təşkil olunacaq futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib.  Qaynarinfo xəbər verir ki, Joze Alesio Da Silva..
  • 72 yaşlı icra başçısı da yola salınırSon günlər hakimiyyətdə sürətli kadr islahatları aparılmaqdadır.    Prezident İlham Əliyevin apardığı kadr islahatları əsasən yaşı 70-i ötmüş, uzun illərdir müxtəlif vəzifələrdə çalışmış m..
  • Daha bir korrupsiya yuvası ləğv ediləcək"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ləğv ediləcək. Bu barədə Qaynarinfo-ya etibarlı mənbədən məlumat daxil olub.  Məlumata görə, sözügedən səhmdar cəmiyyətin "Azərsu" ASC-yə birləşd..
  • “Nar” “Canlı kitab” sosial layihəsinə başlayıbSosial əhəmiyyət daşıyan layihələrdə fiziki məhdudiyyətli şəxslərə hər zaman dəstək göstərən "Nar”, "Radio Antenn" 101 FM-lə birgə "Canlı kitab” layihəsinə start verib. Layihə çərçivəsində dünya və Az..
  • Ramiz Mehdiyev AMEA prezidenti olduOktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilir. Qlobal.az xəbər verir ki, tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın institut və təşkilatların..
  • Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Ramiz Mehdiyevi qəbul edib və ona "Heydər Əliyev” ordenini təqdim edib.   Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti mə..
  • Prezident Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edibAkademik Ramiz Mehdiyev "Heydər Əliyev” ordeni ilə təltif edilib. APA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. R. Mehdiyev Azərbaycan Respublikasın..
  • Prezident Təhlükəsizlik Şurasının tərkibini dəyişdiPrezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişikli..
  • Prezident İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib. Qlobal.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentin..
  • Prezident Ramiz Mehdiyevi vəzifəsindən azad etdiPrezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Qlobal.az xəbər verir ki, sərəncamd..

Bakı Şəhər Ticarət və Xidmət Departamenti sahibkarların qəniminə çevrilib – Eldar Əzizovun hara baxır?

Sentyabr 20
10:07 2019
Sahibkarlar iddia edir ki, İntiqam Məmmədov departamentə direktor təyin ediləndən sonra "qiymətləri” qaldırıb

Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olan Bakı Şəhər Ticarət və Xidmət Departamenti uzun illərdir ki, sahibkarlara mane törədən qurumların başında gəlib. Hətta Ümummilli lider Heydər Əliyev o vaxtlar bu qurumdan olan şikayətləri əsas gətirərək, onun bəzi rayon şöbələrini ləğv də etdirmişdi. Görünür sonralar hansısa "gizli qüvvələr” bu quruma yenidən can verməyə nail oldilar.

Əslində isə departamentin əsasnaməsində də qeyd olunduğu kimi bu qurum mülkiyyət formasından asılı olmayaraq ticarət, ictimai iaşə, məişət və digər xidmət müəssisələrinin lazımi istismarına və əhaliyə xidmətin təşkil edilməsinə nəzarəti həyata keçirən, səlahiyyətləri daxilində istehlakçıların hüquqlarının müdafiəsini təmin edən dövlət orqanı olmalıdır.

Bir neçə il əvvələdək bu qurum həm də ticarət, ictimai iaşə, məişət və digər xidmət obyektlərində alkoqollu içkilərin və tütün məmulatının satışına lisenziyaların verilməsini, həmçinin onların satışı qaydalarına əməl olunmasına nəzarəti də həyata keçirirdi. Lakin həmin vaxtlar bu sahədə olan hərc-mərclik, sahibkarların əsassız incidilməsi o həddə çatmışdı ki, sahibkarlıq subyektlərinə ən çox əngəl törədən qurumların başında Bakı Şəhər Ticarət və Xidmət Departamenti dayanırdı.

Məhz bu qurumların sahibkarları əsassız incidilməsi nəzərə alınaraq 2015-ci il oktyabrın 20-də Milli Məclisin iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı və bu qanuna görə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırıldı.

Demək olar ki, bu iki il müddətində sahibkarlar öz fəaliyyətlərini genişləndirməyə nail oldular. Lakin ölkə başçısı sahibkarlara olan müdaxilələrdən tam məlumatlı olduğundan bu sahədə verilən lisenziyalara tələb olunan sənədləri minumuma endirdi, şəffaflığı təmin etmək üçün hətta bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət” mərkəzlərində verilməsi ilə bağlı fərman imzaladı.

2017-ci ilə qədər sahibkarlar iki il ərzində qismən də olsa Bakı şəhəri Ticarət və Xidmət Departamenti əməkdaşlarından "mühafizə” oluna bilsələr də, bu qurum ara-sıra öz "köhnə əməllərini” hər zaman davam etdirirdi. Belə ki, bu qurumun səlahiyyətli nümayəndələri hökumətin küçə ticarətini qadağan etməsinə baxmayaraq, vaxtaşırı öz maraqları müqabilində küçə ticarətinin genişlənməsinə şərait yaradırdı. Demək olar ki, bu qurum əvvəlki ildə törətdiyi qanunsuzluqları davam etdirir, sahibkarların işinə mütamadi manelər törədirdi.

BŞİH başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov 2018-ci il oktyabrın 22-də Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru vəzifəsinə İntiqam Behbud oğlu Məmmədovu təyin edəndən sonra da bu qurumdakı vəziyyət dəyişmədi.

Vaxtilə Miqrasiya xidmətində çalışan polkovnik İntiqam Məmmədovun təyinatı sahibkarların ürəyindən olmamışdır. Çünki sahibkarlar İntiqam Məmmədovu Bakı şəhər Regional Miqrasiya İdarəsinin rəisi olduğu vaxtdan yaxşı tanıyırdılar ki, o, dövlət məmurundan daha çox biznesmen polkovnik idi. O daha çox keçmiş Miqrasiya idarəsinin rəisi Firudin Nəbiyevin biznesini idarə edən, onunla şərik olan bir şəxs kimi tanınırdı. Vaxtilə bəzi KİV-lərdə Firidun Nəbiyevlə kirvə olan İntiqam Məmmədovun Dövlət Miqrasiya Xidmətinin vəsaiti hesabına Binəqədi rayonunda bir il ərzində 3 mərtəbəli «Ata» supermarketin tikintisində də «əvəzolunmaz» rolu olduğunu bildirirdilər.

Hətta İntiqam Məmmədovun dövlət məmuru olmasına baxmayaraq, Firudin Nəbiyevlə birgə «Elay» şadlıq evi (Bayılda), «Ata» market (Montində), Novxanıda restoran və Nabranda «Orxan» İstirahət Mərkəzi, «Fashion Club» gözəllik salonu və Otel (Teymur Əliyev küçəsində), Xudatda fermer təsərrüfatı (500 ha) və çoxsaylı kafelər, dayanacaqlar, yeni tikilən binalar (Masazırda) və yanacaqdoldurma məntəqəsinə sahib olduğu da bildirilirdi.

Mötəbər mənbənin verdiyi məlumatda bu qeyd olunanlar onun bilinməyən mülklərinin az bir hissəsidir. Hətta o saysız-hesabsız əmlaklarını "kamufulyaj” etmək üçün oğlanlarını da öz adından çıxardığı da iddia olunur.

Göründüyü kimi, İntiqam Məmmədov bir ilə yaxındır ki, Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktorudur. Amma bu bir il ərzində o rəhbərlik etdiyi qurumda islahatlar aparmaq əvəzinə, görünür dövlət qurumundan öz şəxsi biznesi kimi idarə etməyə da adətkardır.

Gələn saylarımızda bütün bunlarla bağlı geniş araşdırmamızı təqdim edəcəyik. Qarşı tərəfin fikirlərini öyrənmək istəsək də, işçiləri bildirdi ki, İntiqam Məmmədov Bakı Şəhər Ticarət və Xidmət Departamenti Nərimanov rayonu, M.Əhmədzadə küçəsi 10 ünvanda yox, daha çox "əlavə” tutulmuş ofisdə oturur. Güman edirik ki, bu ofis İntiqam Məmmədovun mötəbər adamların adından istifadə edərək, sahibkarlarla "sövdələşmək” üçün əlavə tutduğu bir ofisdir.

Paralel.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook