Bakıda 32 yaşlı kişi bıçaqlandı
İyun 29
06:03
2020
Bakıda bıçaqlanma hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.
1988-ci il təvəllüdlü İbrahimov Afiq Malik oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun qarnının ön divarında bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. A.İbrahimov cərrahi əməliyyat olunub.