SON XƏBƏR

Bakıda "Arsenal" və "Çelsi"nin azarkeşləri arasında dava olub, xəsarət alan var

May 29
07:00 2019
Bakıda Avropa Liqasının final oyunundan əvvəl "Arsenal" və "Çelsi"nin bir qrup azarkeşi arasında dava olub.

"Report"un məlumatına görə, insident "Torqovı"dakı pivəxanaların birində baş verib.

Nəticədə "Arsenal"ın 54 yaşlı azarkeşi Grogery Kilroe döyülüb. Onun başına butulka ilə zərbə vurulub. Zərərçəkən 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda təşkil olunacaq final qarşılaşması saat 23:00-da başlanacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook