SON XƏBƏR

Bakıda dəhşət: Şlaqbaum endirilmədi, 160 saylı avtobus qatarla üz-üzə qaldı - VİDEO

Noyabr 19
10:30 2018
Xəzər rayonunun Binə qəsəbəsində 160 saylı marşrut avtobusu qatarla toqquşmaqdan son anda xilas olub. 
 
Məlumata görə qəsəbədən şəhər istiqamətinə hərəkət edən sərnişin dolu avtobus şlanqbaum endirilmədiyinə görə hərəkətinə davam edərək qatar yoluna çıxıb. Bu zaman isə qatar da hərəkətdə olub. Sonradan endirilən şlanqbaum isə yeni istifadəyə verilmiş avtobusun damına dəyib.

Qeyd edək ki, eyni yerdə bundan əvvəl qəza nəticəsində 34 nəfər xəsarət aldığı, 13 yaşlı məktəbli Yusif Dadaşzadə, 56 yaşlı Əliyev Şakir dünyasını dəyişmişdir. 
 
160 saylı avtobusların aid olduğu daşıyıcı şirkət əvəllər Ayşən MMC-yə məxsus idi. 160 saylı maşurutda baş vermiş faciəvi qəza zamanı Azərbaycan Dəmir Yolları QSC-nin rəsmisi bildirirdi ki, şlaqbaum bağlı olub.
 
Qlobal.az İnterPosta.İnfo-ya istinadla videonu təqdim edir: 
 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook