SON XƏBƏR

Bakıda məktəb avtobusları xidmət göstərəcək - Valideynlərin hesabına

Mart 12
12:04 2020
Yeni dərs ilində Bakıya məktəb avtobusları gətirilə bilər.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. 

Onun sözlərinə görə, bəzi məktəblərdə nəzərdə tutulan məktəb avtobusları valideynlərin vəsaiti hesabına başa gələcək:

"Şagirdin individual və qrup halında evlərindən məktəbə və məktəbdən evlərinə tam təhlükəsiz çatdırılmasının təmin edilməsi eyni zamanda günü-gündən inkişaf edən şəhərimizdə tıxacların azalmasına böyük töhvə verər. Bu xidmətin digər üstünlüyü ondan ibarətdir ki, müasir standartlara uyğun nəqliyyat vasitələri istifadə olunmaqla təcrübəli sürücülər tərəfindən təlimli hostesləri ilə yüksək xidmət göstərilir. Nəqliyyat servisləri tərəfindən şagirdlərin aparılması həm valideynlərin maksimal rahatlığını təmin edir, həm də məktəblilərin təhlükəsiz və vaxtında daşınmasını təmin edəcək. Düzdür, Bakıda şəhərsalma zamanı məktəblər yaşayış binalarına yaxın inşa edilib ki, məktəblilər nəqliyyat problemi ilə üzləşməsinlər. Amma nəzərə alsaq ki, hazırda 4472 orta məktəbdə 1.6 milyon şagird təhsil alır, deməli, bu problem az da olsa var. Əlbəttə, yaxşı olar ki, şagirdlər fərdi avtomobillə dərsə gəlməsinlər. Bu, məktəbət ətrafında sıxlıq, xaos yaradır”.

Kamran Əsədov qeyd edib ki, məktəblərin büdcəsi olmadığından məktəb avtobusları saxlaya bilmirlər:

"Bu gün özəl məktəblərdə nəqliyyat servisi xidməti var. Adi məktəblər isə bunu edə bilmirlər. Çünki nazirlik dövlətin nəzdində olan lisey və gimnaziyalar üçün nəqliyyat saxlamağa büdcə ayırmır. Belə halda valideynlər yığılıb kiçik bir büdcə yaratmaqla məktəb avtobusu təşkil edə bilərlər. İndi bəzi valideynlər uşağını öz yaşadığı ərazidəki məktəbə yox, şəhərin mərkəzindəki hansısa məktəbə aparıb gətirir. Belə halda fərdi avtomobili olmayan valideynlər ictimai nəqliyyatdan istifadə edir. Zənnimcə, bu da düzgün addım deyil. Çünki uşaq saatlarla ayaq üstə, tıxacda qalaraq enerjisini elə yoldaca itirir. Amma məktəb avtobusları uzaq məsafəyə uşaqların rahat gediş-gəlişini təmin edir. Xarici ölkələrdə şagirdlər avtobusla məktəblərə çatdırılır. Uzağa getməyək, elə yaxın qonşumuz Türkiyədə də məktəblərə şagirdləri avtobuslar aparıb-gətirir. İnkişaf etmiş ölkələrdə artıq illərdir bu sistem tətbiq olunur. Və öz səmərəsini də göstərir”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook