SON XƏBƏR

Bakıda qaydaları pozan "AA" seriyalı maşın kimindir?

Dekabr 02
15:03 2019
Maşının sahibi "Ulu Göyçə” MMC-dir

Bakıda qaydaları kobud şəkildə pozan avtomobilin sürücüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə paylaşılıb. Belə ki, Yasamal rayonu, "Qələbə” dairəsi ərazisində 10 AA 322 dövlət nömrə nişanlı, "Mercedes” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında keçərək təhlükə yaradır.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, maşının sahibi "Ulu Göyçə” MMC-dir.

Qeyd edək ki, "Ulu Göyçə” MMC-nin prezidenti Vasif Sultan oğlu İsmayılovdur. Vasif İsmayılov Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının, Dövlət Bələdiyyə İdarəetməsi fakültəsində çalışır, eyni zamanda Yasamal Bələdiyyəsinin üzvüdür.

Xatırladaq ki, "Ulu Göyçə” MMC tikinti şirkətidir.

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook