SON XƏBƏR

Bakıda qışın ən soyuq gecəsi

Fevral 24
06:35 2021
23 fevral axşam saatlarından başlayaraq yağan qar hələ də davam etdiyindən Bakı ağ örpəyə bürünüb.
 
"Report”un məlumatına görə, hazırda güclü şimal-qərb küləyi əsir. Nəticədə qarlı və güclü küləkli hava şəraiti çovğuna səbəb olub. Yollar buz bağlayıb.

Son illərdə ilk dəfədir ki, Bakıda havanın temperaturu mənfi dərəcəyə düşüb. Belə ki, havanın temperaturu Abşeronda mənfi 4-5 dərəcə olarsa, bu çoxillik normadan 7-8 dərəcə aşağı deməkdir.

Qeyd edək ki, fevralın ikinci yarısında artıq üçüncü dəfədir ki, havanın dəyişəcəyi proqnozlaşdırılır. Bu dəfə, Arktik hava kütlələri birbaşa şimaldan cənuba istiqamətlənərək Azərbaycanı əhatə edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook