SON XƏBƏR

Bakıda şirkət xaricdə işləmək istəyən qardaşlardan pul aldı, biri Polşada küçələrdə qaldı (VİDEO)

Dekabr 14
02:20 2018
İşədüzəltmə şirkətinin xətti ilə xaricə gedən Azərbaycan vətəndaşı Polşada köməksiz vəziyyətdə qalıb.

Unikal.org-a müraciət edən vətəndaş Hüseynov Pərviz Şahlar oğlu bildirib ki, onun qardaşı 11.10.1989-cu il təvəllüdlü Hüseynov Bəhruz Şahlar oğlu işədüzəltmə şirkəti tərəfindən aldadılaraq Polşanın Qdansk şəhərinə aparılıb. 

Sonradan işlə təmin edilməyərək  küçələrdə qalmalı olub. 

Hazırda onun ciyərlərinə su yığıldığı və xəstələndiyi bildirilir. 

Pərviz Hüseynov Bakıda yerləşən "KeyProbject” şirkətinə və onun rəhbəri olan Üzeyir Məmmədli, Nurlan Məmmədov və Tural Əzimliyə  müraciət etsə də, onun qardaşının Azərbaycana gətirilməsinə kömək etmirlər.
 
Qlobal.az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook