SON XƏBƏR

Bakıda yayılan kəskin qoxu nə ilə bağlıdır? (AÇIQLAMA)

İyul 07
10:17 2020
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda yayılan kəskin qoxu ilə bağlı açıqlama yayıb.

ETSN-dən yaydığı məlumata görə, Bakı şəhərinin Nərimanov və Binəqədi  rayonlarında ətrafa kəskin  iy-qoxunun yayılması ilə bağlı  ETSN-nin mütəxəssisləri tərəfindən araşdırma aparılıb.

İy-qoxunun son günlər müşahidə edilən yüksək temperaturun və durğun hava şəraitinin üstünlük təşkil etməsi səbəbindən kanalizasiya sularının axıdılığı Böyük Şor gölündən yayıldığı ehtimal edilir.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib.

O qeyd edib ki, mütəxəssislər tərəfindən sözügedən ərazidə monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb. Sabah bu barədə daha dəqiq məlumat veriləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook