SON XƏBƏR

Bakıda yol xətlərini əhənglə çəkirlər? (FOTOLAR)

İyun 02
13:38 2020
"Bakı şəhərində yeni çəkilən asfalt örtüklərə yol-nişan xətlərini əhəngə oxşayan maye ilə çəkirlər".
 
Bu barədə Qlobal.az-a verilən məlumatda deyilir.
 
Məlumatda qeyd edilir ki, paytaxtın "20 yanvar" dairəsindən Alatavaya gedən hissədə- Müzəffər Həsənov küçəsində yeni salınan asfalt örtüyünə çəkilən xətlər 2-3 gündən sonra silinib. 
 
Xəbərdə yeni çəkilən xətlərin qatılaşmış əhəngə oxşayan məhlulla aparıldığı və qısa zamanda silindiyi iddia edilir.
 
Qlobal.az məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyindən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən münasibət öyrənməyə çalışsa da, hər iki qurum məsələyə münasibət bildirməyib. 
 
Qlobal.az
 

 

 

 

 

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook