SON XƏBƏR

Bakının mərkəzində silahdan havaya atəş açan şəxs tutulub

İyun 05
13:15 2020
Bakıda silahlı insident olub.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, iyunun 3-də saat 1 radələrində Səbail rayonu ərazisində bir nəfərin xuliqanlıq zəminində Bakı şəhər sakini H.Hüseynovu hədələyərək odlu silahdan havaya atəş açması barədə daxil olmuş məlumatla əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini R.Salayev saxlanılıb. Ondan müvafiq sənədləri olan "Vinçester” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook