SON XƏBƏR

“Baku Medical Plaza”nın "nevroz" həkimi: Turker Şahineri Bakıya niyə çağırıblar?

İyun 08
12:52 2019
Nevroloji xəstəliklərin müayinə və müalicəsi həmişə xüsusi həssaslıq tələb edir. Lakin Azərbaycanda əsəb xəstəliyi ilə bağlı həkimə müraciət edən şəxslərin xəstəxanadan daha da əsəbləşərək çıxması kimi bir absurd hal yaşanır. 

Qaynarinfo-nun verdiyi xəbərə görə, söhbət "Baku Medical Plaza”da nevroloji xəstələrin evə daha pis vəziyyətdə göndərilməsindən gedir.

Redaksiyamıza müraciət edən şəxs (etik normalara görə adını açıqlamırıq - red.) bildirib ki, həmin klinikada həkim-nevroloq kimi fəaliyyət göstərən Turker Şahinerin qəbuluna 10 gün əvvəldən yazılıb. O, təyin olunan vaxtdan sonra 5 dəqiqə gecikmə ilə yaxınlaşanda başqa bir pasientin qəbul edildiyinin şahidi olub. 
 


Pasient öz hüququnu tələb edəndə isə həkim kobud davranıb və türk dilində qışqıraraq "yarım saat gözləməli” olduğunu (halbuki cəmi 5 dəqiqə olub) bildirib.

Məsələnin absurdluğunu nəzərə alaraq müvafiq qurumlara açıq sual ünvanlayırıq: 

Ölkədə orta aylıq əməkhaqqının 300-400 manat təşkil etdiyini nəzərə alsaq, bir qəbula 100 manat tələb edən Turker Şahinerin belə davranışlarına səbəb nədir?

Nevroloji məsələ ilə bağlı məsləhətə ehtiyacı olan bir şəxslə ölkənin dövlət dilində deyil, türk dilində danışan həkim necə əsaslı şəkildə kömək edə bilər?

Nəhayət, ona müraciət edən insanlarda əsəb gərginliyi olduğunu, narahatlıq keçirdiyini bilə-bilə xəstənin psixoloji durumunu sakitləşdirmək əvəzinə kobud davranışı ilə vəziyyətinin daha da gərginləşdirilməsinə səbəb olan həkimin Türkiyədən dəvət olunmasına səbəb nədir? Daha çox pul qazanmaq, yoxsa ölkəmizdəki nevroloji xəstələrin vəziyyətini daha da ağırlaşdırmaq?
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook