SON XƏBƏR

“Bastainfo.com”un baş redaktoru ifadə verməkdən imtina etdi –Məhkəmə iclası

Yanvar 22
14:45 2019
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Bastainfo.com” saytının baş redaktoru, Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəylinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Qlobal.az "Report”a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə M.Hacıbəyli özünü təqsirli bilməyib.

Daha sonra M.Hacıbəyli bu mərhələdə ifadə verməkdən imtina edib.

Prosesdə şahid qismində "Bastainfo.com” saytının əməkdaşları – Heybət Əmrah, Könül Alıyeva və Rüfət Baxışov ifadə veriblər.

Onlar deyiblər ki, sayta ictimai əsaslarla yazılar yazıblar.


Məhkəmənin baxış iclası yanvarın 29-na təyin edilib.


Qeyd edək ki, M.Hacıbəyli Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.


Xatırladaq ki, "Criminalaz.com” saytının baş redaktoru Anar Məmmədov barəsində də eyni maddələrlə ittiham irəli sürülüb. Onun cinayət işi üzrə məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun sədrliyi ilə araşdırılır.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook