Bələdiyyə seçkilərində iştirak üçün 35574 nəfərin namizədliyi qeydə alınıb
Noyabr 20
11:39
2019
"Azərbaycanda dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar olaraq dairə seçki komissiyalarına 42625 iddiaçı bildiriş verib”.
"Report” xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov deyib.
Onun sözlərinə görə, həmin şəxslərdən 35574 nəfəri namizəd statusunu alıb və namizəd olaraq qeydiyyatdan keçib: