"Bərbərxana və gözəllik salonlarının iş rejiminə məhdudiyyət qoyulmayıb" - DİN
Aprel 02
08:27
2020
Azərbaycanda elan edilən xüsusi karantin rejimində ictimai-iaşə müəssisələrinin fəaliyyətinə aydınlıq gətirilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, karantin rejiminə əsasən, ictimai-iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunub, müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilib, evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilib.