SON XƏBƏR

Beş ilə 11 mindən çox şəhid ailəsi və müharibə əlili evlə təmin ediləcək

Fevral 25
15:34 2021
2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi evlə təmin ediləcək.

Bu barədə bu gün Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində bildirilib.

Məlumat verilib ki, bu, Prezident İlham Əliyevin bu ilin yanvarında imzaladığı Sərəncamla təsdiq olunmuş proqramlara əsasən təmin ediləcək.
Qeyd edək ki, bu gün Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.


Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook