SON XƏBƏR

Beyrutda girov qalan “Kapitan Nağdaliyev” quru-yük gəmisinin heyəti azad olundu

Fevral 17
11:14 2021
"Palmali Holding” şirkətinə məxsus olan və artıq bir ilə yaxın bir müddətdə Beyrutda girov kimi saxlanılan "Kapitan Nağdaliyev” quru-yük gəmisinin 4 nəfər heyət üzvü azadlığa buraxılııb. 

Qaynarinfo bildirir ki, bu haqda Dənizçilərə Sosial Dəstək İctimai Birliyinə gəminin kapitanı Nəbiyev Samiq Əliyar oğlunun qardaşı Namiq Nəbiyev məlumat verib. Onun bildirdiyinə görə, dünən axşam saatlarında ekipaj üzvlərinin hamısı azadlığa çıxıb, Vətənə qayıdırlar.

O, heyət üzvünün dözülməz vəziyyətdə olması ilə bağlı Dənizçilərə Sosial Dəstək İctimai Birliyinə yazılı müraciət edib, dənizçilərimizin düşdüyü çıxılmaz vəziyyətin ictimailəşdirilməsini və heyət üzvlərinin tezliklə azad olunaraq vətənə dönmələri istiqamətində görüləcək işlərə yardımçı olmağ xahiş edib.

Xatırladaq ki, DSD İB-nin araşdırmalarından sonra məlum olmuşdu ki, gəmini heyət üzvüləri, Bayramov Qədir Baxşəli oğlu, İstomin Aleksandr Lvoviç, Əliyev Nemət İsabala oğlunun sənədləri əllərindən alnıbmış. Heyət və gəmi girov saxlanılırdı. Gəminin 12 heyət üzvü olub və 2020-ci ilin may ayından Livan məhkəməsi tərəfindən həbs edilibmiş. Heyyətin 2 üzvü Rusiya, 10 nəfəri isə Azərbaycan vətəndaşı olub. Hazırda yuxarıda deyildiyi kimi, gəmidə 4 nəfər heyət üzvü saxlanılır. Heyət üzvləri uzun müddət idi ki, maaş ala bilmirdi.

Gəminin Livan məhkəməsinin qərarı ilə saxlanılmasınıa səbəb ”Palmali Holding” şirkətinin sahibi, tanınmış azərbaycanlı iş adamı Mübariz Mənsimovun həbs edilməsindən sonra şirkətin maliyə böhranı yaşaması və bəzi bank kredit borclarını ödəyə bilməməsidir.

Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin sədri Faiq Balabəyli ilk gündən xoşagəlməz hadisə ilə bağlı açıqlamasında bildirmişdi ki, hadisələri nəzarətdə saxlayır və girov saxlanılan dənizçilərimizin tezliklə Vətənə qayıtması istiqamətində müvafiq tədbirlərin görülməsi, hadisələrin gedişinin ictimailəşdirməsində bacardıqlarını əsirgəməyəcəklər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook