SON XƏBƏR

Bəzi ölkələrdə Covid-19 yenidən pik həddə çatdı: ÜST açıqlama yaydı

İyul 04
10:39 2020
Bəzi ölkələrdə koronavirus yenidən pik həddə çatıb. 

Qaynarinfo xəbər verir ki, bu sözləri ÜST-ün səhiyyə sahəsi üzrə təcili proqramlarının direktoru Maykl Rayan deyib. Onun sözlərinə görə, ikinci dalğanın olmayacağına əminlik yoxdur. Ancaq o, bəzi ölkələrdə hazırda baş verənlərin - yoluxmuş insanların sayının kəskin artmasının ikinci dalğa olmadığını da vurğulayıb. 

"Bu, virusun eyni vaxtda ötürülməsinin qarşısını almaq üçün virusun kifayət qədər aradan qarşısının alınmadığı ilk dalğanın ikinci zirvəsidir. Virusun yüksək endemikliyinin olacağı və ya davamlı yoluxmalara məruz qalacağımız bir vəziyyətə düşə bilərik", - deyə Rayan izah edib.

Rayan qeyd edib ki, Covid-19 əhalinin mövsümi hərəkətlərindən asılı olan, aşağı temperaturda və yaxın qruplar arasında yayılan bir tənəffüs virusudur.
Hazırda dünyada 10 710 005 koronavirus hadisəsi qeydə alınıb, 517 877 nəfər ölüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook