SON XƏBƏR

Binəqədidə "Abad həyət"-də yaranan problem aradan qaldırıldı - FOTOLAR

Avqust 11
01:05 2019
Avqust ayının 6-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Binəqədi rayonu, Abay Kunanbayev küçəsi 3, 3A, 5/13, 5B, 5V, 5A/15 və Süleyman Sani Axundov küçəsi 15/1 ünvanlarında "Bizim həyət” layihəsi çərçivəsində Bakıda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verildi.
 
Tədbirdən sonra Binəqədi rayonu Abay Kunanbayev küçəsində yerləşən 3 nömrəli beşmərtəbəli binanın qarşısının bəzi şəxslər tərəfindən maşınların nömrələrinə uyğun işarələndiyi barədə məlumat vermişdik.
 
Bir qrup sakin tərəfindən Qlobal.Az-a verilən məlumatda binanın qarşısının avtomobil nömrələrinə uyğun olaraq işarələnməyinin yeni təmirdən çıxmış ərazinin ümumi görünüşünə xələl gətirdiyi, eyni zamanda sakinlər arasında narazılıq yaratdığı deyilirdi.
 
Sakinlər bu məsələni işıqlandırmaqla problemin aidiyyatı qurumlar tərəfindən aradan qaldırılacağına ümid edirdilər. 
 
Qlobal.az bu barədə xəbəri avqust ayınn 8-də "Binəqədidə "Abad həyət"i "özəl"ləşdirən kimlərdir? - FOTOLAR" başlıqlı xəbər dərc etdi.

Avqust ayının 10-da Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən Qlobal.az-a verilən məlumatda problemin aradan qaldırıldığı qeyd edilir. 

Qlobal.Az
 
Abay Kunanbayev küçəsi, 3 saylı binanın qarşısı (əvvəl)
 

 

 

 

 

Abay Kunanbayev küçəsi, 3 saylı binanın qarşısı (sonra)
 

 

 






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook