SON XƏBƏR

BMT-nin baş katibi: "Pandemiya II Dünya Müharibəsindən sonra ən böyük böhrandır"

Aprel 01
10:09 2020
Koronavirus pandemiyasının ciddi sosial-iqtisadi təsirləri olacağını söyləyən BMT-nin baş katibi Antonio Quterreş böhran qarşı qlobal miqyasda görülən tədbirlərin yetərli olmadığını bildirib.

"Report” "Deutsche Welle”yə istinadən xəbər verir ki, A.Quterreş koronavirus pandemiyasının İkinci Dünya Müharibəsindən sonra yaşanan ən böyük böhran olduğunu açıqlayıb.

Baş katib benəlxalq ictimaiyyəti pandemiya və COVID-19 xəstəliyinin səbəb olduğu sosial-iqtisadi dağıntıya qarşı daha güclü və təsirli şəkildə mübarizə aparmağa çağırıb: "Bu da yalnız hamı bir araya gələrsə, siyasi oyunları bir yana qoyub insanlığın təhlükədə olduğunu başa düşərsə, mümkün olacaq”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook