SON XƏBƏR

BMT Qarabağda minaların təmizlənməsində Azərbaycana kömək edəcək

Noyabr 24
01:16 2020
BMT-nin Mina Aksiyası Xidməti (UNMAS) digər bölmələrlə birlikdə Dağlıq Qarabağda təcili yerləşdirilməsi üzərində işləyir.
 
"RİA Novosti”nin məlumatına görə, bu barədə BMT-nin Sülhməramlı Əməliyyatlar Departamentinin nümayəndəsi bildirib.

Tərəflərin ehtiyaclarının qiymətləndirilməsi üzrə missiyanın dekabrın əvvəlindən fəaliyyətə başlayacağı gözlənilir.

"BMT-nin Mina Aksiyası Xidməti digər BMT qurumları və ərazidəki qrupla koordinasiyalı şəkildə tərəflərin tələb etdiyi BMT yardımı kontekstində təcili yerləşdirilmə üzərində işləyir”, - deyə Departamentin nümayəndəsi bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook